İsrail əsgərləri 2 fələstinli güllələdi
İşğalçı İsrail əsgərləri Ramallahın cənubunda Qəlandiya nəzarət buraxılış məntəqəsində 2 nəfəri gülləyiblər. Maide.Az xəbər verir ki, İşğalçı İsrail əsgərləri 24 yaşlı gənc qadını və başqa bir gənc oğlanı güllələyiblər. Əsgərlər xanıma 10 dəfə atəş açıblar. Fələstinliləri güllədikdən sonra sionist rejim əsgərləri onlara tibbi yardım göstərilməsinə mane olublar və yaralı fələstinlilər uzun müddət sonra şəhid olublar. İsrail qəzetləri iddia edib ki öldürülən xanımın əlində guya bıçaq olub. Həmin xanımın iki azyaşlı qız uşağı olub və Qüdsün şimalında Ramullah şəhərində yaşayırmış.