Maide.az

İspaniyada soyuq hava 13 nəfərin ölümünə səbəb olub

İspaniyada güclü külək, qarla müşayiət edilən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 13-ə çatıb.   Daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi. Son ölüm faktı Tarraqona əyalətində qeydə alınıb.   Bildirilir ki, 50 yaşlı qayalar arasında balıq tutarkən ölüb.   Əyalət hakimiyyəti insanları daha diqqətli olmağa çağırıb. /Trend