Maide.az

İspaniyada aviadispetçerlər tətilə başlayır

İspaniyada aviadispetçerlər iyulun 11-dən tətilə başladıqlarını bəyan ediblər.   Turizm mövsümünün qızğın çağında aviadispetçerlər dörd gün ərzində işlərini dayandıracaqlar.   Tətilin ümumilikdə dörd gün davam edəcəyi nəzərdə tutulub (11-12 iyul və 25-26 iyul).   Aviadispetçerlər vəzifəsindən azad olunmuş həmkarlarının işə bərpa edilməsi və 2010-cu ildəki tətildə iştiraka görə kəsilmiş 61 cərimənin ləğv olunmasını tələb edirlər.