Maide.az

Son iki gündə 3 nəfər zəhərlənmədən ölüb

Son iki gündə 3 nəfər zəhərlənərək ölüb.   Daxili İşlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, yanvarın 13-də Sumqayıt şəhərində yaşayan Sabir Nağıyev zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 14-də orada ölüb.   Bundan başqa, yanvarın 10-da sirkədən zəhərlənmə ilə xəstəxanaya gətirilən Hacıqabul rayon sakini Zöhrə Məmmədova yanvarın 14-də orada ölüb.   Gəncə şəhərində yaşayan xarici vətəndaş Zair Vəliyev isə yanvarın 14-də dəm qazından zəhərlənərək ölüb.   Baş verən faktlarla bağlı araşdırma aparılır. /