Son iki ayda Əfqanıstanda 50 məscid dağıdılıb
«Taliban» son iki ayda Əfqanıstan ərazisində 302 məktəb və 50 məscidi yerlə-yeksan edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İslam Respublikası prezidentinin Mətbuat Xidmətinin rəhbəri Şah Hüseyn Murtəzəvi bəyan edib. ««Taliban» terrorçularının fəaliyyəti xəstəxana və poliklinilikalara da ciddi ziyan vurub: ümumilikdə səhiyyə obyektlərindən 40 binaya zərər dəyib. Bundan başqa 5300 şəxsi evlər, 2000-ə yaxın mağaza, 6 körpü və 4 hökumət binasına ziyan dəyib»? - deyə o, əlavə edib. Murtazavinin sözlərinə görə, taliblərin dağıdıcı fəaliyyəti ümumilikdə 30 milyard dolları ötüb. /