Maide.az

Son günlər 61 nəfər günvurmaya məruz qalıb

İyun ayının 1-dən avqust ayının 1-nə qədər 61 nəfər günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.   Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.   Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib:  “Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.   L.Bayramova günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib. /