Maide.az

Son altı ayda 1000-dən çox şiə həbs olunub - HESABAT

Baş ofisi Amerikanın Vaşinqton şəhərində yerləşən "Shia Rights Watch" (SRW) təşkilatı dünya ölkələrində şiələrə qarşı zorakılıqlarla bağlı hesabat yayımlayıb.    Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində şiələrə qarşı düşmənçilik və zorakılıqları araşdıran təşkilat 2017-ci ilin ilk 6 ayı ərzi üçün hesabat açıqlayıb. Hesabata görə, altı ay ərzində dünyanın müxtəlif ölkələrində 1681 şiə öldürülüb və ya yaralanıb.    Hesabata əsasən, bu müddət ərzində 1000-dən çox şiə həbs olunub və onlarla şiə edam olunub.    "Shia Rights Watch" (SRW)-ın hesabatına görə, Pakistanda 2016-cı ildə şiələrin qətli baş vermiş cinayətlərin 3 faizini təşkil edirdisə, bu rəqəm 2017-ci ilin ilk altı ayı ərzində 40 faizə çatıb.     Şiələrin ən çox repressiyaya məruz qaldığı ölkə isə Bəhreyn elan olunub. /