Son 5 ildə ilk dəfə: İran və Britaniya bir-birinə səfir göndərib
İngiltərə İrana və rəsmi Tehran isə Britaniyaya yeni səfirlərini təyin edib. Maide.Az xəbər verir ki, Britaniyanın Tehrana göndərdiyi yeni səfirin adı Nikolas Hoptan və İranın Britaniyaya göndərdiyi yeni səfirin adıisə Həmid Bəidinejaddır. Hər ikiölkənin səfirləri eyni vaxtda səfir təyin olunduqları ölkənin XİN-ində olub və öz etibarnamələrini nazirlərə təqdim ediblər. Qeyd edək ki, 2011-ci il noyabrın 29-da İrana qarşı sanksiyalara etiraz olaraq, Böyük Britaniyanın İrandakı səfirliyinə basqın edilmişdi. Həmin hadisədən sonra rəsmi Londonla Tehran arasında bütün əlaqələr, o cümlədən diplomatik münasibətləri kəsilmişdi. Ötən ilin yayında İranın atom-nüvə proqramı ilə bağlı razılaşmadan sonra tərəflər arasında isti münasibət yaranmağa başlayıb. Son 5 ildə Britaniya və İran ilk dəfədir ki, qarşılıqlı səfir təyin edirlər.