Maide.az

Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.   APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib.   Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.   Terror aktlarına  görə məsuliyyəti  “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.    “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.