Somalidə tibbi yardım avadanlıqları daşıyan təyyarəni terrorçular vurdu
Somalidə yeni tip koronavirusla (Kovid-19) mübarizə üçün tibbi yardım avadanlıqları daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. Maide.Az xəbər verir ki, Somali Nəqliyyat naziri Mohammad Salad mətbuata verdiyi açıqlamada bildirib ki, təyyarə paytaxt Moqadişudan Bardale bölgəsinə gedirmiş. O, axtarış xilas etmə işlərində 5 nəfərin cəsədini tapdıqlarını, birinin axtarışlareının isə davam etdiyini deyib. Digər tərəfdən, mətbuatda yer alan xəbərlərdə bildirilir ki, təyyarə Əş-Şəbab terror təşkilatı tərəfindən vurulub. Ölkənin cənubundakı çoxsaylı kənd və qəsəbəni işğal altında saxlayan Əş-Şəbab, tez-tez təhlükəsizlik əməkdaşları və mülki vətəndaşları hədəf alan hücumlar təşkil edir.