Maide.az

Somalidə güclü partlayış - 94 ölü

Somalinin paytaxtı Moqadişoda güclü partlayış törədilib. Trend-in məlumatına görə, hadisə nəticəsində 94 nəfər həlak olub. Hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib. Həlak olanlardan 73 nəfəri dinc sakin, 17 nəfəri polis əməkdaşı, daha 4 nəfəri isə əcnəbi vətəndaş olub. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.