Maide.az

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Somalinin paytaxtı Moqadişoda iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.   Maide.Az APA-a istinadən istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.   Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.   Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.   Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.