Maide.az

Somalidə 100-dən çox adam acından ölüb

Son iki gündə Somalidə 100-dən çox adam aclıqdan ölüb. Faciə ölkənin quraqlıq hökm sürən bölgəsində baş verib.   Bu haqda Somalinin baş naziri Hasan Ali Hayre məlumat verib.   Fevralın 28-dən Somalidə quraqlıqla bağlı milli fəlakət elan olunub. Aclqıdan ölənlərin sayı haqqında isə ölkə rəsmiləri ilk dəfədir rəqəm səsləndirib. Bu rəqəmlər təkcə ölkənin cənub-qərbindəki Bay bölgəsinə aiddir.   BMT bildirib ki, Somalinin 5 milyona qədər əhalisinin ərzaq yardımına ehtiyacı var.