Maide.az

SOCAR neft məhsullarının İrana ixracında maraqlıdır

İran üzərindən sanksiyaların götürülməsindən sonra SOCAR qonşu ölkəyə neft məhsullarının ixracını nəzərdən keçirir. Bu barədə "Reuters" agentliyi SOCAR-dakı mənbəyinə istinadən yazır.   Dövlət şirkətinin rəsmisi bildirib ki, bu məsələ SOCAR-ın nümayəndə heyətinin İrana rəsmi səfəri çərçivəsində müzakirə olunub.   "Biz İrana neft məhsullarının ixracında maraqlıyıq. Bununla yanaşı, svop əməliyyatları da bizim marağımızdadır", - SOCAR rəsmisi bildirib.