Maide.az

SOCAR Gürcüstanın bir hissəsinin qaz təchizatını məhdudlaşdırıb

 “SOCAR Gas Georgia” martın 29-dan aprelin 3-dək Acarıstanın (Gürcüstanın Muxtar Respublikasının) qaz təchizatını dayandırır. Bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir.   Məlumatda bildirilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir.     “SOCAR Georgia Gas” abonentlərindən üzr istəyir. Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq”, - deyə məlumatda qeyd olunub.