Maide.az

SOCAR-ın yeni binasında dəhşətli hadisə

SOCAR-ın Bakı şəhərinin Nərimanov rayonunda Heydər Əliyev prospektində yerləşən yeni inzibati binasında faciəvi hadisə baş verib.    Binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlunun yaxınları BAKU.WS-ə foto və məlumat veriblər.   Məlumata görə, Orxan Əhmədov binanın 33-cü mərtəbəsində iş görərkən yıxılıb.   “Hadisə axşam saatlarında baş verib. Orxan iş yoldaşına deyib ki, yuxarıda işi var, həll edib gəlir. Liftfə işləyərkən sürüşüb və 33-cü mərtəbədən aşağı düşüb”, - deyə mərhumun yaxınları qeyd edib.   Hadisə yerinə gələn FHN-nin xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.(baku.ws)