Maide.az

Snouden daha bir sirr açdı: “Gizli proqram...”

Böyük Britaniya kəşfiyyatı bütün dünya internet istifadəçilərini izləmək üçün gizli proqrama sahibdir.  Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ kəşfiyyatının eks-əməkdaşı Edvard Snouden söyləyib. Onun sözlərinə görə, əslində, bu proqramların işə düşməsinə dövlət səbəb olmadan icazə verməməlidir:   “2009-cu ildə Böyük Britaniya yeni gizli proqram hazırladı. Onun kod adı “Karma Polis” idi. Həmin proqram 2009-cu ildə istifadəyə verildi. Məqsəd internet istifadəçiləri haqqında məlumat toplamaq idi. Ümumiyyətlə, bu proqramların dəyəri ondan ibarətdir ki, onlar hər şey haqqında operativ məlumatları toplayırlar. Belə yanaşma dövlətlərarası yanaşmada rəqabətdən irəli gəlir. Bu, heç bir ciddi gizli nəzarət olmadan baş verir. Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin Yəməndə birgə istifadə etdiyi həmin proqramlar indi Federal Marşallar Xidməti tərəfindən ABŞ-da adi cinayətkarlara qarşı istifadə edilir”.  /