Maide.az

Süngərdə 5 trilyon bakteriya

Mətbəx süngərinin təxminən 5 trilyon bakteriyaya ev sahibliyi etdiyi hətta tualet çirkabından daha çirkli olduğu məlum olub. Almaniyanın Furtvangen Universitetində mikrobioloq Markus Egertin apardığı bir tədqiqatda, yaxşı istifadə edilən mətbəx süngərində təxminən 5 trilyon bakteriyanın olduğu müəyyən edildi.   Bu bakteriyaların uşaqlara və yaşlılara zərər verə biləcəyini söyləyən mikrobioloq Egert, mövzu barəsində məlumat verdi: "Mətbəx süngərləri mikrobların ən çox olduğu yerdir, çünki geniş bir səthə malikdirlər.   Adətən, nəmli və isti mühitdə olan süngərlər dünyada yaşayan insanların ümumi sayından 7-8 qat daha çox bakteriya daşıyır. uzun müddət saxlamaq əvəzinə süngəri tez-tez, ən az həftədə bir dəfə dəyişin."(deyerler)