Maide.az

Sınaq imtahanlarının qiyməti qaldırıldı

Bu ilin sonunda keçirilən IX sinif şagirdləri üçün təşkil olunan sınaq imtahanının qiyməti 7 manat təyin olunub.   Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarının qiymətini artıraraq 7 manat edib. “Sputnik” xəbər verir ki, bu barədə TQDK-nən rəsmi səhifələrindən olan otk.az saytında məlumat yerləşdirilib.   Bu ilin sonunda keçirilən IX sinif şagirdləri üçün təşkil olunan sınaq imtahanının qiyməti 7 manat təyin olunub. Qeyd edək ki, keçən il bu məbləğ 3 manat (ƏDV daxil 3.54 manat) idi.