Maide.az

İsmayıllıda bankomat yandı

İsmayıllı rayonunda yanğın hadisəsi meydana gəlib.    Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib.    Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb.    Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.    Yanğının nədən baş verdiyi barədə dəqiq məlumat açıqanmayıb./