İsmayıllıda 3,9 bal gücündə zəlzələ qeydə alınıb
Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Maide.Az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 06:25-də qeydə alınmış zəlzələnin gücü 3,9 bal olub. Ocağı 10 kilometr dərinlikdə olan zəlzələ hiss olunmayıb.