Sülhməramlıların qərargahı yaxınlığında partlayış baş verib- YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Somalinin paytaxtı Moqadişoda aeroportun yaxınlığında, sülhməramlı missiyanın bazasına girişdə dəhşətli partlayış baş verib. Maide.Az xəbər verir ki, yerli KİV-lər ən az 12 nəfərin öldüyünü bildirir. Ölənlərin hamısı AMİSOM əsgərləridir. *** Somalidə Moqadişu şəhərində Afrika Birliyi sülhməramlılarının (AMİSOM ) qərargahı və beynəlxalq hava limanı yaxınlığında güclü partlayış baş verib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, partlayışdan sonra hava limanı ətrafında atışma səsləri də eşidilib. Bildirilir ki, intiharçı öz avtomobilini Afrika Birliyi sülhməramlılarının qərargahı yaxınlığında partladıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.