İslandiya millisinin qapıçısı “Qarabağ”da
Hannes Tour Haldoursonun meneceri Olafur Qardarsson islandiyalı qapıçının “Qarabağ”a keçəcəyini təsdiqləyib. Qol.az-ın İslandiya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 34 yaşlı qolkiperin “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışına qatıldığını və orada tibbi müayinədən keçdiyini bildirib.