`İslam Ölkələri bir-birləri ilə sədaqətli əməkdaşlıq etməklə terrorizmi İslam Dünyasından uzaqlaşdıra bilirlər`- FOTO- YENİLƏNİB
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün günün ikinci yarısında Qazaxıstan prezidenti Nursultan Nəzərbayovu qəbul edib. Maide.az xəbər verir ki, Ayətullah Xamenei Qazaxıstan prezidenti ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən: iqtisadi, siyasi, beynəlxalq əməkdaşlıq və terrorizmlə mübarizədə əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayıb. “Bəzi güclər, xüsusi ilə Amerika terrorizmlə mübarizə iddiasında sədaqətli deyil. Lakin İslam Ölkələri bir-birləri ilə sədaqətli əməkdaşlıq etməklə bu təhlükəni İslam Dünyasından uzaqlaşdıra bilirlər. Amerikalıların İraqda İŞİD terrorçularına yardımı terrorizmlə mübarizə iddiasında olan müxtəlif koalisiyaların qeyri-səmimi davaranışlarına nümunədir. Onlar öz ikili davranışlarını yozaraq guya terrorizmin iki növ - yaxşı və pis olması ilə əlaqələndirirlər. Avropada terror hadisələrini törədənlərin Avropaya mənsubluğu və onların Suriya, eləcə də İraqda terror qruplaşmasının tərkibinə daxil olması göstərir ki, Qərb ölkələri, xüsusən də Amerikalılar terrorizmlə mübarizədə ciddi deyildir”. Ayətullah Xamenei bildirib ki, bu gün İslam dünyası islam adı altındında müsəlmanlara qarşı fəaliyyət göstərən terror qrupları təhlükəsi ilə üz-üzədir. Bəzi Qərb ölkələri də istəmirlər ki, müsəlman ölkələri birləşərək həmrəy olsun. Ayətullah Xamenei terrorizm təhlükəsi və böyük güclərin bu problemə ikili yanaşması ilə mübarizə üçün İslam ölkələri arasında ağıl və məntiqlə əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayaraq bildirib ki, biz müsəlman ölkələrini özümüzə qardaş hesab edirik və dünyadakı bir çox proseslərdə İran ilə Qazağıstanın mövqeyi eynidir. “ İki ölkə arasında din, tarix və müştərək mədəniyyət, həmçinin əməkdaşlıq üçün geniş potensial mövcuddur, lakin ölkələrimiz arasında ticari və iqtisadi əlaəqlərimiz çox aşağıır. Biz müxtəlif sahələrdə, o cümlədən: siyasi, iqtisadi, ticari, nəqliyyat, yük daşımaları və Xəzərin hüquqi statusu məsələsində də müştərək əməkdaşlığı artırmağı alqışlayırıq.”/