İslam ölkə rəhbərləri Qüdslə bağlı fövqəladə iclas keçirəcək, İndoneziyada
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə üzv ölkələrin rəhbərləri Qüds və Məscid-ül-Əqsanın vəziyyətini müzakirə etmək məqsədi ilə İndoneziyada toplanacaq. Maide.az xəbər verir ki, Qüds və Məscid-ül-Əqsanın vəziyyəti ilə bağlı İƏT ölkə başçılarının fövqəladə iclası Mərakeşdə keçirləcəkdi, lakin Mərakeş bu iclası keçirməkdən imtina etdiyi üçün İndoneziya iclasa ev sahibliyi edəcəyini elan etdi. İclas fevralın 6-7 –də Cakartada keçiriləcək. İclasda İşğalçı Sionist rejiminin Fələstində müqəddəs məkanlara hörmətsilikləri artması məsələsi müzakirəyə çıxarılacaq. /