Maide.az

İslamçılardan əfv siyahısında kimlərin adı var?

Maide.az-ın məlumatına görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə azadlığa çıxan məhbuslar arasında 3 islamçının da adı var.   Onlar Quluyev Muraday Mürsəl oğlu, Qəhrəmanov Nahid Nəsib oğlu, Quliyev Ceyhun Qaryağdı oğludur.   Xatırladaq ki, bu islamçı məhbuslar 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuşdular.