Maide.az

İslam Kərimovun xalqa müraciəti yayılıb

  Özbəkistan dövlət televiziyası Prezident Islam Kərimovun müstəqillik günü münasibətilə xalqa ənənəvi müraciətini oxuyub. İ. Kərimov bir neçə gündür beyin qansızmasıyla xəstəxanada yatır.   Avqustun 28-dən bəri onun barəsində rəsmi açıqlama verilməyib. Özbəkistan lideri rəsmi təbirlərdə də görünmür.   İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyaeva avqustun 31-də sosial mediada 78 yaşlı atası üçün edilən dualara görə təşəkkürünü bildirib. Ondan əvvəl prezidentin ölüm xəbəri yayılsa da, təsdiqlənməmişdi. (Azadlıq Radiosu) /