İslami ölkələrin radio-televizyalar birliyinin baş asambeleyasının iclası keçirilib
İslami ölkələrin radio-televizyalar birliyinin baş asambeleyasının onuncu iclası keçirilib. Maide.az xəbər verir ki, "Radio və televiziyalarda ədalət və söz azadlığı" şüarı ilə Tehranda keçirillən iclasda birliyə üzv olan ölkələrin radio və televiziya rəhbərləri, siyasi ekspertlər və mədəniyyət nazirliklərinin nümayəndələri iştirak edib. İclas Tehranla yanaşı eyni zamanda Bağdad, Beyrut, Qəzza, Kabil, İstanbul və Səna şəhərlərində də keçirilib. Bu şəhərlərdə yerləşən televiziya və radioların rəhbərləri öz baxışlarını açıqlayıblar. İclasda baş katibin seçilməsi, birliyin Ali Şurasının üzvlərinin seçilməsi kimi məsələlər müzakirə olunub. Radio və Televiziya rəhbərlərinin səsverməsi ilə höccətül-islam Əli Kərimian birliyin baş katibi seçilib.