Maide.az

'İslami Cihad' rəsmisi Təl-Əvivin hədəfdə olduğunu vurğuladı

Fələstinin "İslami Cihad" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Hindi İsrail rejiminə xəbərdarlıq edib.     Məhəmməd əl-Hindi açıqlamasında bildirib ki, Təl-Əviv şəhəri hal-hazırda "İslami Cihad" hərəkatının hərbi qolunun raketlərinin hədəfindədir.     "Əgər hansısa formada Qəzza zolağı hədəfə alınacaqsa, cavablar gecikməyəcək. Vuracağımız ilk yer Təl-Əviv olacaq", - deyə Məhəmməd əl-Hindi diqqətə çatdırıb.     O qeyd edib ki, müqavimət cəbhəsi Qəzza zolağını müdafiə etmək gücünə sahibdir.