Maide.az

İslam Əməkdaşlıq Təşkilatı XİN Şurasının 47-ci iclası keçiriləcək

 İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının 47-ci iclası keçiriləcək.   Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosuna verilən xəbərə görə, iclas 27-28 noyabr tarixlərində Nigerin paytaxtı Niamey şəhərində keçiriləcək.   Qeyd olunub ki, iclasda İƏT üzvü olan ölkələrin XİN başçıları beynəlxalq və regional gündəmi təşkil edən məsələlərə dair fikir mübadiləsi aparılacaq.