İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclas keçirir
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində fövqəladə iclas keçirir Maide.Az “arabstoday” a istinadla xəbər verir ki, İƏT yayımladığı bəyanatda bildirir ki, bazar ertəsi keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər Nazirləri Fələstin məsələsini və ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək. İƏT bəyanatında bildirilir ki, FƏləstin probleminin həlli üçün çalışmalar beynəlxalq qanunlar və BMT qətnamələrinə uyğun həyata keçirilməlidir. Beynəlxalq qanunlara görə, Qüds Fələstinin işğal olunmuş ərazisinin ayrılmaz hissəsidir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu iclasa ev sahibliyi etsə də BƏƏ və Bəhreynlə birlikdə ABŞ-ın “Yüz ilin planı”nı dəstəkləyib. Ərəb Birliyinin də fevralın 4-də Qahirədə İraqın sədrliyi ilə ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcəyi bildirilir. Xatırladaq ki, Tramp “Yüz ilin planı” adı verdiyi planda Qüdsü sionist İsrail rejiminin “bölünməz” paytaxtı kimi qəbul edib. Fələstinə isə müstəqillik vəd edib.