Maide.az

Sükan arxasında çay içən, sənədsiz maşın sürən avtobus sürücüləri... (VIDEO)

Sükan arxasında çay içən, vahid geyim qaydasına əməl etməyən, sənədsiz maşın sürən və nəqliyyat vasitəsini çirkli saxlayan sürücülər...   APA TV-nin xəbərinə görə, bu hallara Gəncədə avtobus sürücülərinə qarşı keçirilən reyddə rast gəlinib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsi və 1 saylı Regional Nəqliyyat MMC-nin birgə həyata keçirdiyi reyd müxtəlif qayda pozuntularına qarşı mübarizə aparmaq məqsədi daşıyıb.   Nəqliyyat müfəttişləri bir çox qayda pozuntusu ilə bağlı sürücülərə xəbərdarlıq edib. 10 sürücüyə cərimə protokolu tərtib olunub, 5 avtobus isə xətdən çıxarılıb. Bəzi sürücülər iradlarla razılaşmasa da, qayda pozanlara qarşı müvafiq tədbirlər görülüb. Reydlər davam etdiriləcək./