Maide.az

Siyasi rəqibi Trampı axmaq adlandırdı

ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaq adlandırıb.   O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.   Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir.   O, bunu Trampın “Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.   Həmin mərasimdə Bayden maska ​​və eynək taxıb.    “O, əsl axmaqdır... Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, - deyə Bayden bildirib. /oxu.az