Maide.az

Siyasi məhbuslara azadlıq tələbi ilə piket keçiriləcək

Demokratiya və İnsan Haqları Mərkəzi noyabrın 19-da “Siyasi Məhbuslara azadlıq!” şüarı ilə piket keçirməklə bağlı qərar qəbul edib. Bu haqda "Azadlıq" radiosuna Xalq Partiyasının sədri Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, piketin keçirilməsi ilə bağlı noyabrın 13-də Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib: “Piket Prezident Administrasiyası, Ali Məhkəmə və ya Baş Prokurorluğun binasının qarşında keçirləcək. Piketin bu üç qurumdan hansının qarşısında keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.” Demokratiya və İnsan Haqları Mərkəzində Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları təmsil olunur. /