Maide.az

Siyəzəndə maşinist köməkçisi qatarın altına düşüb

Siyəzən rayonunda bədbəxt hadisə baş verib.   Hadisə bu gecə qeydə alınıb. Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşad Qurbanov qatarın altına yıxılıb. Ağır bədən xəsarətləri alan maşinist köməkçisi Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aşağı ətraflarının 1/3 amputasiya olunan zərərçəkənin vəziyyəti ağırdır.   Faktla bağlı araşdırma aparılır. (apa) /