Maide.az

Siyəzəndə 2 qadını gün vurub

  Bu gün Siyəzən rayonunda günvurma faktı qeydə alınıb.    Verilən məlumata görə, Siyəzən rayon sakinləri 1972-ci il təvəllüdlü Məmmədova Səbinə Həmid qızı və 1982-ci il təvəllüdlü Qoçəliyeva Xalidə Nadir qızı günvurma diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.    Hər iki şəxsə müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. (apa) /