Maide.az

Siyəzən və Ucarda 35 ha sahədə yanğınlar

Siyəzən və Ucar rayonlarında ümumilikdə 35 ha sahədə kol-kos yanıb.   Fövqəladə Hallar Nazirliyindən Maide.Az-a verilən məlumata görə, Siyəzən rayonu, Beşdam kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğından 120 ha biçilməmiş əkin sahələri və yaxınlıqda yerləşən ferma mühafizə olunub. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.   Ucar rayonu, Alpoud kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha sahədə kol kos yanıb. Yaxınlıqdakı ərazi yanğından mühafizə olunub. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. /