Maide.az

Siyəzən sakini dərmandan zəhərlənib

Siyəzən rayonunda zəhərlənmə qeydə alınıb.   Məşrif kənd sakini, 1993-cü il təvəllüdlü Nağıyeva Şəhla Ənnağı qızı müxtəlif dərmanlar içib, nəticədə halı pisləşib.   Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan gənc qız reanimasiya şöbəsinə yerləşdirilib.   Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır-stabildir.   Faktla bağlı araşdırmalar davam etdirilir.