Maide.az

Sisi 2030-cu ilədək Misirin prezidenti ola bilər

Misir millət vəkilləri hazırkı dövlət başçısı Abdul Fattah al-Sisinin 2030-cu ilədək prezident olmasına imkan verəcək qanun dəyişikliyi qəbul ediblər.   Sisi tərəfdarlarının çoxluq təşkil etdiyi parlament aprelin 16-da sözü gedən Konstitusiya dəyişikliyinə səs verib.   İndi bu qərar ümumxalq referendumuna çıxarılmalıdır.   Sisinin prezidentlik dövrü 2022-ci ildə başa çatır. O hazırda ikinci prezidentlik müddətindədir.   Konstitusiyaya dəyişiklik təklifi Sisinin hazırkı prezidentlik müddətini 4 ildən 6 ilə artırır və ona növbəti seçkidə iştirak etmək hüququ verir.   Qanun dəyişikliklərindən biri də hərbiyyənin siyasətdəki rolunun artırılmasını nəzərdə tutur, bundan başqa prezidentə əlavə səlahiyyətlər tanıyır.   Sisi prezidentliyə 2014-cü ildə islamçı prezident Muhammad Morsi kütləvi etiraz aksiyaları nəticəsində devrildikdən sonra gəlib.   O ötənilki prezidnet seçkisində 97 faiz səslə qalib olub.   Beynəlxalq insan haqları təşkilatları Sisini fərqli düşüncə üzərinə hücumlara, on minlərlə insanın məhbus edilməsinə görə tənqid edir. /azadliq.org /