Maide.az

Sionist İsrail rejimi Fәlәstin liderlərindən Şeyx Raid Salahı azadlığa buraxdı

9 ay əvvəl həbs olunan "1948 Fələstin İslam Hərəkatı"nın rəhbəri Şeyx Raid Salah sionist İsrail rejimi tərəfindən azadlığa buraxılıb.   Şeyx Raid Salahın vəkili Xalid Zəbarika bu barədə məlumat verib: "İsrailin Həbsxanalar İdarəsi Raid Salahın azadlığa buraxıldığını rəsmi olaraq bizə bildirdi", - deyə vəkil bildirib.   Zəbarika azadlığa buraxılan Salahın harada olduğunu hələlik bilmədiklərini deyib: "Hazırda Rimon həbsxanasının qarşısındakı çıxışda gözləyirik. Ancaq başqa bir həbsxanaya köçürülə və oradan sərbəst buraxıla da bilər. İsrail rejiminin rəsmilərindən məlumat almağa çalışırıq". (deyerler) /