Sionist İsrail rejimi daha bir məscidi sökür
Sionist rejim Fələstinin işğal olunmuş ərazilərində Beytül-Müqəddəsin şərqində daha bir məscidi sökür. Maide.Az xəbər verir ki, sionist rejim Salvan bölgəsində Abdullah Sanavi məscidinin sökülməsinə göstəriş verib. Məscid bir neçə il öncə bölgədə yaşayan minlərlə insanın yardımları ilə tikilmişdir. Bildirilir ki, həmin bölgədə altı məscid sökülmək təhlükəsi ilə üz-üzədir. BMT-nin məlumatına görə, sionist rejim Qərbi Şəriyədə son yeddi ildə fələstinlilərin evləri və binalarını dağıtmaq prosesini sürətləndirib. Fələstinlilərə məxsus ev və tikililərin dağıdılması isnan haqları və diplomatların narahatçılığına və qəzəbinə səbəb olub. İnsan haqları fəalları sionist rejimin fələstinlilər əleyhinə siyasətlərini beynəlxalq qanunlara zidd hesab edir. /