Sionist İsrail rejimi 2015-ci ildə neçə Fələstinlini həbs edib?
Fələstinli Məhbuslar Komitəsi elan edib ki, Sionist İsrail rejimi 2015-ci ilin əvvəlindən bu günədək 6830 Fələstinlini həbs edib ki, bu 2014-cü illə müqayisədə iki dəfə çoxdur. Maide.az xəbər verir ki, komitənin yayımladığı məlumata görə, 4075 fələstinli işğal olunmuş Qərb sahilində, 2353 fələstinli Beytül-Müqəddəsdə və qalanları isə Qəzza zolağının müxtəlif bölgələrində həbs olunublar. 2015-ci ildə həbs olunmuş fələstinlilərdən 2179 nəfəri 11-18 yaşlı yeniyetmələrdir. Həbs olunanlar arasında 225-i isə qadındır. Komitənin statistikasına görə, sionist rejim ötən 3 ay ərzində həbs olmuş 650 nəfərin həbs müddətini uzadıb. Onların həbs müddəti 2-6 ay arası uzadılıb. /