Maide.az

Sionist İsrail rejim hərbçiləri ötən il 57 fələstinli uşağı qətlə yetirib

Fələstin Azadlıq Təşkilatı yanında "Abdulla əl-Hurani" araşdırma mərkəzi İsrail hərbçilərinin 2018-ci ildə şəhid etdikləri fələstinlilər barədə hesabat yayıb. Maide.Az  "faktxeber"-ə istinadla xəbər verir ki, sənəddə bildirilir ki, ötən il həyatını itirən 312 fələstinlidən 57-si uşaq və 3-ü qadındır. Bundan başqa qurbanların 262-si Qəzza zolağının sakinidir, daha 50 fələstinli isə İordan çayının Qərb sahilində həyatını itirib. Araşdırma mərkəzinin illik hesabatına görə, 2018-ci ildə israilli hərbçilərin zorakılığı 2017-ci ilə nisbətdə 2 dəfə artıb. Bundan başqa 38 fələstinlinin meyiti hələ də ailələrinə verilməyib.