Sionist İsrail məhkəməsi fələstinli uşaqlara məscidin həyətində oynamağa qadağa qoydu
Sionist məhkəmə Fələstinli uşaqların Əqsa məscidinin həyətində oynamağı qadağan edib. Maide.Az xəbər verir ki, İsrail rejiminin Ali Məhkəməsi polisə Əqsa məscidinin həyət yanı sahəsində fələstinli uşaqların oynamasının qarşısını alması barədə göstəriş verib. Məhkəmə bu qərarı işğal olunmuş Fələstin ərazisində yaşayan bəzi yəhudilərin ötən ay verdiyi şikayətə görə qəbul edib. Məhkəmənin qərarını pozan fələstinli uşaqların cəzalandırılacağını bildirib.