Maide.az

Sionist İsrail ABŞ-dan əlavə 17 ədəd F35 döyüş təyyarəsi alır

Sionist İsrail rejiminin müdafiə nazirliyi ABŞ müdafiə nazirliyinə artıq reallaşdırılmış 33 ədəd F35 döyüş təyyarələrindən əlavə daha 17 ədəd F35-in alınmasına dair razılıq barədə xəbərdarlıq edən sənəd verib.   Bildirilir ki, təyyarənin hər birinin dəyəri təxminən 100 milyon dollar təşkil edəcək.   Məlumata görə, 2017-ci ilin avqust-sentyabr aylarında işğalçı ölkəyə daha dörd ədəd, gələn il ərzində 9 ədəd təyyarə gələcək, 2021-ci ildə isə 33 təyyarə artıq İsraildə olacaq. Hazırda razılaşdırılmış 50 ədəd F35-dən artıq 5 ədədi sonist rejimin hava qüvvələrinə verilib.   Qeyd edək ki, F35 təyyarələrindən Yaxın Şərqdə hələlik yalnız sionist rejimin hava qüvvələrində var. (islaminsesi) /