Sionist rejim Suriyanın Mezze hərbi aerodromunu bombalayıb -VİDEO
Sionist rejim Suriyanın Dəməşq şəhərinin yaxınlığında yerləşən Mezze hərbi aerodromunu raket və təyyarələrlə bombalayıb. Maide.Az xəbər verir ki, raket zərbələrini sionist rejim Colan təpələrindən hərbi aerodroma endirib. Həmçinin bildirilir ki, işğalçı Sionist rejimin F35 tipli qırıcıları Mezze hərbi bazasını bombalamaq üçün Livan sərhədləri tərəfindən Suriya ərazisinə soxulublar. Suriya Ordusunun komandanı Mezze hərbi aerodroma hücumla bağlı Sionist rejimə xəbərdarlıq edib. Bildirilir ki, hücum nəticəsində bir silah anbarı partladılıb, ölən və yaralanan olmayıb.