Sionist rejim Suriyanı bombaladı
Bu gecə sionist İsrail rejimi Suriya ərazisinə hava zərbələri endirib, Suriya ordusu işğalçı rejimin hücumuna cavab olaraq Colan yüksəkliklərində İsrailin mövqelərinə 50-dən çox raket atıb. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, cümə axşamı günü səhərə yaxın işğalçı rejim Suriyanın Qeytariyyə əyalətinin Əl-Bəəs şəhərinə raketlə zərbələr endirib. “Ölkənin havadan müdafiə qüvvələri İsrailin onlarla raketini vursa da, onlardan bəziləri hədəflərə çatıb, bir radiolokasiya stansiyası məhv edilib”- Suriyanın SANA dövlət xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. Buna cavab olaraq İsrail aviasiyası Suriya ərazisində bir sıra hərbi obyektləri bombalayıb.