Sionist rejim qırıcıları Qəzza zolağını 2 dəfə bombalayıb
Sionist İsrail rejim qırıcıları cümə axşamı günü səhər mühasirədə saxlanılan Qəzza zolağına iki dəfə hücum edib və bombalayıblar. Maide.Az xəbər verir ki, Fələstin KİV-lərin məlumatına görə, bu hücumlar Rəfahın qərb bölgəsinə və Nusirat qaçqın düşərgəsinə olunub. Hələlik Qəzzaya edilən hava hücumu nəticəsində dəyişmiş ziyan və xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edək ki, Qəzzaya hücum sağ yönlü ifratçı "Yəhudi evi" (Yisrael Beteinu) Partiyasına başçılıq edən Aviqdor Libermanın müdafiə naziri olmasından bir gün sonra edilib. Liberman bir müddət öncə keçirdiyi mətbuat konfransında bildirmişdi hərbi işlər üzrə naziri vəzifəsini o vaxt qəbul edərəm ki, B. Netanyahu kabineti israillilərə hücum edən fələstinlilərin edam edilməsi qanununu təsdiq etsin. Bundan başqa təhlükəsizlik siyasətlərində və mühacirlərin qəbulu kimi məsələlərdə həqiqi dəyişikliklər edilsin. Lieberman-ın müdafiə naziri vəzifəsinə seçilməsini bir sıra İsrail siyasətçiləri, o cümlədən keçmiş müdafiə naziri Moshe Arens onun təyinatını “səhv” adlandırıb, Fələstin rəsmiləri isə Lieberman-ın “regional təhlükə” olduğunu dilə gətiriblər. Xatırladaq ki, Sionist İsrail rejimi 2014-cü ildə Qəzza zolağına hücum etmişdi. 50 gün müddətində hücumu zamanı 2200 fələstinli həyatını itirmişdi ki, onlardan 577-si uşaq idi. 11 min dən çox insan o cümlədən 3374 uşaq və 2088 qadın və 410 yaşlı bu təcavüz nəticəsində yaralanmışdı.