Sionist rejim Qəzzanı yeraltı divarla mühasirəyə alır
Sionist Israil rejimi bir neçə ildir ki, guya Fələstin müqavimət qüvvələrinin Qəzzadan tunellər vasitəsi ilə hücumunun qarşısını almaq məqsədi ilə yeraltı və yerüstü divarların tikilməsi ideyasını irəli sürüb. Maide.Az xəbər verir ki, sionist rejimin Müharibə Nazirliyi artıq Qəzza zolağının sərhədlərində yeraltı tunellərin tikintisinə icazə verib. Ötən ay işğalçı rejimin 20 böyük şirkəti arasında bu yeraltı tunellərin tikintisi ilə bağlı tender elan olunub. Layihəyə əsasən işğalçı rejim Qəzza zolağı sərhədlərində 60 kilometr uzunluğunda yeraltı divar tikməyi planlaşdırır. İlkin mərhələdə divarın 10 kilometri tikiləcək. Sionist rejim qəzetləri yazır ki, bu divar həm yerin altında və həmdə yerin üzərində tikiləcək. Divarda siqnallar quraşdırılacaq və hər hansı bir qazıntı və sirkələnmə olarsa orduya siqnallar ötürüləcək. Bildirilir ki,bu divarın tikintisi üçün işğalçı rejim yarım milyon dollardan çox vəsait xərcləməli olacaq.