Sionist rejim İordan çayının qərb sahili və Qəzza sektorunu blokada edib
Sionist İsrail hərbçiləri Qəzza sektoruna və İordan çayının qərb sahilinə aparan yolları bağlamaq barədə qərar qəbul ediblər. Blokada iyunun 10-u qüvvəyə minəcək. İşğal olunmu ərazilərə girişə yalnız humanitar və tibbi səbəblərə görə icazə veriləcək. Bundan əlavə, Fələstində xüsusi icazəsi olanlardan başqa heç bir dindara cümə namazında iştirak etməyə icazə verilməyəcək. (faktxeber)